Mən kiməm?
1985-ci ilin aprel ayının 19-da Bakıda ziyalı ailəsində anadan olmuşam. Atam, babam, nənəm ixtisasca jurnalist olublar. Anamın həkim olması uşaq yaşlarımda mənim həkim olmağıma stimul versə də, genlərimdə olan jurnalistikaya maraq məni bu sahəyə gətirib.Bakı Dövlət universitetinin "jurnalistika" fakültəsini bitirmişəm. Müxtəlif vaxtlarda "Ədalət" qəzetində, "Yurd" televiziyasında çalışmışam."AvtoStop Media" şirkətində redaktor olaraq çalışmış, "AvtoStop" radio layihəsində aparıcılıq etmişəm.Hal-hazırda İctimai televizyada "Dikdaban" verilişində aparıcılıq edirəm.20014-cü ildə analar.az layihəm ilə bloq fəaliyyətimə başlamışam və Youtube,Facebook,instagram səhifəmdə 100 mindən artıq qadına dəb,kulinariya,analıq,gözəllik sirləri ilə bağlı tövsiyələr verir və onları ilhamlandırıram.